Yaponiyada “meqazəlzələ” barədə xəbərdarlıq olundu
    • Bu gün, 09:50
    • 42

Yaponiyada “meqazəlzələ” barədə xəbərdarlıq olundu

Yaponiya Meteorologiya Agentliyi “meqazəlzələ” xəbərdarlığı yayıb.

News24.az xəbər verir ki, Agentlik rəsmiləri 29 prefekturada 707 bələdiyyəni yeraltı təkanlar zamanı hazırlıq səviyyələrini nəzərdən keçirməyə çağırıb.

Seysmoloqlar qeyd edirlər ki, zəlzələnin dəqiq nə vaxt baş verəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, avqustun 8-i Yaponiyanın Küsü adasının şərq sahilləri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 16 nəfər yaralanıb.

Bu vəziyyət fonunda Yaponiyanın Baş naziri Fumio Kişida avqustun 9-dan 12-dək Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan səfərini ləğv edib.

Qeyd edək ki, meqazəlzələ Rixter şkalası üzrə 9.0-dan yuxarı maqnituda ilə xarakterizə olunur.