Ermənistan XİN-dən Təbrizdə konsulluqla bağlı AÇIQLAMA
    • Bu gün, 12:05
    • 51

Ermənistan XİN-dən Təbrizdə konsulluqla bağlı AÇIQLAMA

Təbriz şəhərində Ermənistan konsulluğunun açılması ilə bağlı məsələ iki ildir müzakirə olunur.

News24.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilir ki, məsələ ilə bağlı Ermənistan XİN-ə müraciət olunub. Qurumdan verilən məlumata görə, hələ ki, Ermənistanın konsulluğunun nə vaxt açılacağı bilinmir.

“Hazırda Təbriz şəhərində açılış üçün hazırlıq işləri görülür”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Təbriz şəhərində konsulluğun açılması ilə bağlı razılaşma 2022-ci ildə əldə olunub. Daha əvvəl isə konsulluğun bu ilin əvvəlində açılacağı bildirilmişdi.