Mütəxəssislərdən xəbərdarlıq: Birdən çox zəngli saat qurmaq...
    • Bu gün, 20:54
    • 42

Mütəxəssislərdən xəbərdarlıq: Birdən çox zəngli saat qurmaq...

Çoxsaylı zəngli saat qurmaq yuxunu pozur.

News24.az Publika.az-a istinadla xəbər verir ki, səhər oyanmaq üçün birdən çox zəngli saat qurma vərdişiniz varsa, ondan uzaq durun.

Mütəxəssislər bu vərdişin sağlamlığınıza zərər verə biləcəyini bildirirlər. Oyanma rejiminizi yenidən nəzərdən keçirin.

Mütəxəssislər qeyd edirlər ki, çoxsaylı zəngli saat quraşdırmaq vərdişi yuxunu pozur. Nəticədə artan yuxululuq, yorğunluq və əhval dəyişikliyi baş verə bilər.

Mütəxəssislərin birdən çox zəngli saat qurmaq vərdişi olan insanlara tövsiyəsi olduqca sadədir: Zəngli siqnal çaldıqda dərhal ayağa qalxın. Bu, sizi daha güclü hiss edəcək. Siqnaldan sonra yuxuya getməyə davam etmək yalnız yuxu rejiminizi pozacaq.