Azərbaycanda blogerlər üçün reyestr yaradıla bilər? - ŞƏRH
    • Dünən, 21:47
    • 50

Azərbaycanda blogerlər üçün reyestr yaradıla bilər? - ŞƏRH

Rusiyada "Blogerlərin reyestri haqqında” qanun qüvvəyə minib. İstənilən sosial şəbəkədə olmaqlarından asılı olmayaraq blogerlər xüsusi reyestrə daxil edilmək üçün özləri haqqında məlumatları "Roskomnadzor"a təqdim etməsələr, şəbəkə hesabları bloklana bilər. 

Bundan başqa qeydiyyatdan keçməmiş kanallarda reklamlar, ianə keçidləri yerləşdirmək və ya məzmunu başqa üsullarla monetizasiya etmək mümkün olmayacaq.  

Azərbaycanda belə bir qanunun qəbul edilməsinə və reyestrin olmasına ehtiyac varmı? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda bu qanunun qəbul edilməsinə, məhdudlaşmalar qoyulmasına heç bir ehtiyac və səbəb yoxdur:

"Bu qanunun Rusiyada qəbul edilməsi o demək deyil ki, Azərbaycanda da bu qanun qəbul edilsin". 

Xalid Kərimli qeyd edib ki, reyestr oldu, ya olmadı, vətəndaş harda olmasından və pul qazanmasından asılı olmayaraq, öz qazancından gəlir vergisi verməlidir:

"Bu verginin formaları fərqli olur. Blogerlik də sərbəst fəaliyyət olduğuna görə qazanclarının 20 faizini gəlir vergisi kimi verməlidir. Bu vergini vermirsə, qaydaları pozmuş olur. Buna görə də onlar cərimələnməlidir".