Rahim Sterlinq İtaliya yolunda - SON DURUM
    • Dünən, 22:15
    • 47

Rahim Sterlinq İtaliya yolunda - SON DURUM

"Çelsi"nin vingeri Rahim Sterlinq karyerasını İtaliyada davam etdirməyə yaxındır. 

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marsio məlumat yayıb.

Mənbənin məlumatına görə, o, "Yuventus"un maraq dairəsinə düşüb. Turin klubu sövdələşmənin mümkünlüyünü araşdırıb və futbolçuya sərfəli şərtlərlə anlaşma hazırlayır. 

Sterlinq eyni ampluada çıxış edən Pedro Netonun transferi ilə əlaqədar "Çelsi"ni tərk etməyi planlaşdırır.

Sterlinq ötən mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, burada 10 qol vurub və 8 məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.