-
- 10-08-2024, 22:57
- 772
Bakıda 6 ayda kafe və restoranlar 700 mln. manatdan çox gəlir əldə ediblər
2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 708,1 milyon manat olub.
News24.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 422,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,7%-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 1 milyard 30 milyon manat olub.