"Barselona" bu futbolçuya vaxt verdi
    • Bu gün, 14:12
    • 39

"Barselona" bu futbolçuya vaxt verdi

"Barselona" avqustun 24-ü "Atletik Bilbao"nun cinah oyunçusu Niko Uilyamsın Kataloniya klubuna keçməsi üçün son tarix kimi müəyyənləşdirib.

News24.az Lent.az-a istinadən bildirir ki, 22 yaşlı futbolçu bundan imtina edərsə, “mavi qranatlar” alternativ variantlara imza atmağa başlayacaq. Daha əvvəl mətbuatda məlumat yayılıb ki, Kataloniya klubu Uilyamsın onlara qoşulmağa razılıq vermə şansını yüksək qiymətləndirir.

Ötən mövsüm Uilyams klub və milli komandanın heyətində bütün yarışlarda 48 matçda iştirak edib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.