![Balı 450-dən az olmayan şəxslər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilərlər](/uploads/posts/2024-08/1723287349_1723286375118009285_1200x630.webp)
-
- Dünən, 23:35
- 62
Balı 450-dən az olmayan şəxslər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilərlər
Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasını ümumi balı 500-dən, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını isə ümumi balı 450-dən az olmayan abituriyentlər seçə bilər.
Bu barədə News24.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilində olmaqla Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.
Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Ali təhsil müəssisəsinə ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.