Sərbəst güləşçimiz bürünc medal qazandı
    • Dünən, 22:49
    • 65

Sərbəst güləşçimiz bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.

News24.az "Report"a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da G.Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.