İrəvanda ağır yol qəzası olub
    • Bu gün, 11:03
    • 64

İrəvanda ağır yol qəzası olub

Ermənistanın paytaxtı İrəvanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 20 nəfər yaralanıb.

“News24.az” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” bildirib.

“İlkin məlumata görə, müxtəlif xəsarətlər almış 20 yaralı tibbi mərkəzə çatdırılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Hadisə “KAMAZ” yük maşını, “MAN” şəhər avtobusu və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə baş verib.