Bakıda internetdə yayılan məlumata görə - QALMAQAL – 3 qardaşdan şikayət
    • 3-06-2019, 15:31
    • 926

Bakıda internetdə yayılan məlumata görə - QALMAQAL – 3 qardaşdan şikayət

Bakı şəhər sakini xüsusi ittiham qaydasında Xətai Rayon məhkəməsinə müraciət edib.

News24.az-ın məlumatına görə, məhkəməyə müraciət edən şəxs paytaxt sakini olan Vəli, Rəşad və Rövşən Vəliyev qardaşları barəsində Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi əsasında tədbir görülməsini xahiş edib. O, adları çəkilən şəxslərin ona böhtan atdığını qeyd edib və məlumatların KİV-də yayıldığını deyib.

İşə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.