Mahmud Abbas bu tarixdə Moskvaya səfər edəcək
    • Bu gün, 15:00
    • 49

Mahmud Abbas bu tarixdə Moskvaya səfər edəcək

Fələstin prezidenti Mahmud Abbas avqustun 12-14-də Moskvaya səfər edəcək və avqustun 13-də Rusiya lideri Vladimir Putinlə görüşəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə TASS-a Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl məlumat verib.

“Prezident avqustun 12-də axşam gəlir. Çərşənbə axşamı onun prezident Putinlə görüşü gözlənilir və bundan əvvəl Mahmud Abbas Moskvada Naməlum Əsgərin məzarına gül dəstələri qoyacaq. Avqustun 14-də prezident gedir. Amma təbii ki, ərəb səfirləri ilə görüş olacaq”, - deyə o vurğulayıb.