Yaşıl əvəzinə mavi: Yapon işıqforlarının sirri nədir?
    • 11-08-2024, 17:13
    • 187

Yaşıl əvəzinə mavi: Yapon işıqforlarının sirri nədir?

Yaponiyada uşıqforun yaşıl deyil, mavi olduğunu bilirdinizmi?

News24.az-ın lebt.az-a istinadən məlumatına görə, bu ənənənin kifayət qədər maraqlı izahı var.

Niyə Yaponiyada işıqfor yaşıl deyil, mavidir?

Uzun müddətdir yaponlar yaşıl və mavi rəngləri bir sözlə ifadə ediblər - aoi.

Sonralar yaşıl rəngi ifadə etmək üçün midori sözü istifadə edilib.

Lakin yaponlar əksər hallarda yaşıl aoi adlandırmağa davam ediblər. Və bu səbəbdən qarışıqlıq yaranıb.

İşıqforlar ilk dəfə 1930-cu illərdə Yaponiyada quraşdırılıb. Bunlar adi işıqforlar olub, icazə siqnalı da yaşıl idi.

Amma yaponlar bu siqnalı həmişə midori deyil, aoi adlandırıblar. Nəticədə 1973-cü ildə Yaponiya hökuməti işıqforların mavi rəngdə olması barədə qərar qəbul edib.