9 uşaq atası  illər sonra sonsuz olduğunu öyrəndi, həyatı alt-üst oldu
    • 3-08-2018, 16:18
    • 1 126

9 uşaq atası illər sonra sonsuz olduğunu öyrəndi, həyatı alt-üst oldu

Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 övladı olduğunu zənn edən kişinin düşdüyü rəzil vəziyyət zəbt edib. 

News24.az-ın məlumatına görə, adı açıqlanmayan mərakeşli professor “sonsuz” olduğunu öyrəndikdən sonra həyatı alt-üst olub. 35 il əvvəl ailə quran professor periodik uroloji müayinə zamanı həkim ona sağ çanağında kiçik bir kist olduğunu və bu kistin övlad sahibi olmasına imkan vermədiyini söyləyib. Ancaq bu kistin götürülə biləcəyini də sözlərinə əlavə edib.


Lakin çox ciddi bir problem var. Adam 35 ildir evli olmaqla yanaşı, nə az, nə çox düz 9 uşağın atası hesab edilir. Buna görə də eşitdiyi sözlərdən şoka düşüb və bu həqiqəti öyrəndikdən sonra, hətta arvadına heç nə deməmiş boşanmaq üçün məhkəməyə müraciət edib. Vəkili ilə birlikdə onu 35 ildir aldadan həyat yoldaşına qarşı əlindən gələni etməyə girişən 50 yaşlı professor təkcə boşanmaqla kifayətlənmək istəməyib. Həkimin yanıla biləcəyi ehtimalını nəzərdən qaçırmayan professor, məhkəmə qərarı ilə uşaqlarının DNT analizini də həyata keçirib və qəti şəkildə dəhşətli həqiqəti öyrənib. Uşaqlardan heç biri onun uşağı deyil.

9 uşaq atası uşaqların hamısından imtina edib.