Almaniyada qaçqınlara 500-dən çox hücum olub
    • Bu gün, 18:59
    • 53

Almaniyada qaçqınlara 500-dən çox hücum olub

Almaniya polisi ilin birinci yarısında ölkə daxilində qaçqın və sığınacaq axtaran şəxslərə qarşı 519 hücum qeydə alıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin Bundestaqdakı Sol partiya qrupunun müvafiq sorğusuna cavabında məlumat verilib.

Konkret olaraq, söhbət təhlükəli bədən xəsarəti yetirmə, etnik ədavətin qızışdırılması kimi cinayətlərdən gedir. Bu hərəkətlər nəticəsində 6-sı uşaq olmaqla 46 nəfər xəsarət alıb.

Polis cinayətlərin əksəriyyətini - 456-nı ultrasağ qüvvələrin nümayəndələri hesab edir. Saksoniya və Türingiyadakı qaçqınlar daha çox hücuma məruz qalıblar.

Ümumilikdə, ilin birinci yarısında qaçqınların sığınacaqlarına 69 hücum olub.