-
- 11-08-2024, 20:11
- 133
Kyodo: ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsini tərk edəcək
ABŞ-ın Yaponiyadakı səfiri Ram Emanuel qarşıdan gələn seçkilərdə qalib gələrsə, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin administrasiyasında vəzifə almaq üçün noyabrda vəzifəsini tərk etmək niyyətindədir.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayııb.
Qeyd olunur ki, Emanuel prezidentin milli təhlükəsizlik üzrə köməkçisi postuna iddialılardan biri ola bilər. Donald Trampın seçkidə qalib gələcəyi təqdirdə ABŞ-ın əsas müttəfiqlərindən sayılan Yaponiyadakı səfirini istənilən halda dəyişəcəyi gözlənilir.