Yevlaxda "Toyota Prius" qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
    • Bu gün, 20:21
    • 62

Yevlaxda "Toyota Prius" qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Yevlaxda yol qəzası olub, yaralananlar  var

News24.az unikal.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib. İdarəetmədən çıxan "Toyota Prius" markalı avtomobil öncə yol kənarındakı dəmir dirəyə, daha sonra isə  beton maneələrə çırpılıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki qadın və bir azyaşlı uşaq təcili xəstəxanaya çatdırılıb.