Türkiyədə yanğın - 5 hektar meşəyə ziyan dəydi
    • Bu gün, 21:09
    • 59

Türkiyədə yanğın - 5 hektar meşəyə ziyan dəydi

Türkiyənin Tokat bölgəsində Turhal rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın zamanı təxminən 5 hektar meşə sahəsinə ziyan dəyib.

Rayonun Çamlık kəndində meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Bölgəyə sövq edilən Meşə Əməliyyat Müdirliyi qruplarının təxminən 3 saatlıq çalışması nəticəsində yanğın söndürülüb. 

Yanğın zamanı təxminən 5 hektar meşə sahəsinə ziyan dəyib.