Gəncədə yas mərasimində 105 nəfərə ZƏHƏRLƏNDİ 
    • 11-08-2024, 21:52
    • 190

Gəncədə yas mərasimində 105 nəfərə ZƏHƏRLƏNDİ 

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

News24.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.