HƏMAS:
    • 12-08-2024, 09:25
    • 246

HƏMAS: "Atəşkəs Baydenin planına uyğun davam etməlidir"

HƏMAS avqustun 15-də başlaması planlaşdırılan atəşkəs danışıqlarında iştirak edə bilməyəcəyi siqnalını verib.

News24.az NTV-yə istinadən xəbər verir ki, ötən həftə Həmas ABŞ, Misir və Qətərin yenidən atəşkəs masasına oturmaq çağırışına cavab verib.

Vurğulanıb ki, danışıqlarda Amerika prezidenti Co Baydenin ötən ay təqdim etdiyi atəşkəs və girov mübadiləsi planı əsas götürülməlidir.

Bildirilib ki, yeni razılaşma danışıqları İsrailin Qəzzada törətdiyi qırğına daha çox vaxt verəcək.

Qeyd edək ki, İsrail keçən həftə atəşkəs danışıqları çağırışından sonra danışıqlara qatılacağını açıqlayıb. Bununla belə, baş nazir Benyamin Netanyahuya qarşı təzyiqlər var.

CNN-in məlumatına görə, Qətər və Misir vasitəsilə İsrail administrasiyası HƏMAS lideri Yəhya Sinvarın atəşkəs istəyib.

Qərb, xüsusən də ABŞ Netanyahunun atəşkəs və girov mübadiləsi sazişinin imzalanmasının tərəfdarıdır. Lakin Netanyahunun sağçı koalisiyasında vəziyyət fərqlidir.