-
- 12-08-2024, 20:34
- 246
Ebru Şallıya İCRA ŞOKU
Məşhur model Ebru Şallının əri Uğur Akkuş haqqında bir çox dələduzluq və borc iddiası qaldırılıb və barəsində həbs qərarı var.
News24.az xəbər verir ki, hazırda xaricdə olan Uğur Akkuşla bağlı icraat prosesi həyat yoldaşı Ebru Şallıya çatıb.
'12punto' internet saytının xəbərinə görə, Zeynep K. 11 iyun 2020-ci ildə Uğur Akkuşun ortağı olduğu AS Retailing Retailing Sat.-da uşaqlara psixoloji məsləhət vermək üçün işə götürülüb. Zeynep K.-nin işinə 2021-ci ilin aprel ayında xitam verilib. Lakin ona 73 min lirəlik əmək haqqı ödənilməyib.
Bunun üzərinə Zeynep K. məhkəməyə müraciət edib. İstanbul 10-cu İş Məhkəməsi Zeynep K.-ni haqlı bilib və Uğur Akkuş haqqında qərar çıxarıb. Lakin Uğur
Akkuşa məxsus şirkətlərin hamısı borclu olduğu üçün bu pulu toplamaq mümkün olmayıb. Bunun üzərinə, zərərçəkən Akkuşun həyat yoldaşı Ebru Şallının banklarına və daşınmaz əmlakına əl qoyub.
Məryəm İlhamqızı