Rusiya Braziliyaya məhsul tədarükünü kəskin şəkildə artırdı
    • 12-08-2024, 12:44
    • 166

Rusiya Braziliyaya məhsul tədarükünü kəskin şəkildə artırdı

İyulda Rusiyanın Braziliyaya mal ixracı 1,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricilərini 1,7 dəfə üstələyib. 

News24.az bu barədə Braziliya statistika xidmətinin məlumatlarına istinadən xəbər verir.

Belə ki, xidmətin məlumatına görə, 2023-cü ilin avqust, sentyabr və dekabr aylarında Rusiyadan Braziliyaya mal tədarükünün həcmi 1 milyard dollardan yuxarı olaraq qalıb.

İyulda iki ölkə arasında ticarət dövriyyəsi aylıq ifadədə 0,6 faiz azalsa da, illik ifadədə 1,6 dəfə artıb. Ümumilikdə, 2024-cü ilin ilk yeddi ayında ticarət həcmi keçən ilin eyni dövründəki 5,6 milyard dollardan 7,2 milyard dollara çatıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya iyul ayında Braziliyaya gübrə tədarükünü illik müqayisədə 7,5% artıraraq tarixdə rekord həddə - 1,14 milyon tona çatdırıb. 

Məryəm İlhamqızı