-
- 3-08-2018, 16:27
- 1 219
Meyiti tapılan xanəndənin qardaşından sensasion açıqlama
"Qardaşım Miryusifi məndən çox istəyirdi. Onlar hər dəfə öpüşüb görüşərdilər, qardaş kimi münasibətləri vardı. Novruzun Miryusifi öldürməsi üçün səbəb tapa bilmirəm. Məncə, bu işdə başqa bir şəxsin əli var”
Bunu Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib. Son günlər ölkənin ən səs-küylü cinayət hadisəsindən danışan A.Hüseynov qardaşının sənət yoldaşı Miryusif Mirizadəni öldürməsinə inanmadığını bildirib.
"Hazırda istintaq gedir. Mən də istəyərəm ki, qardaşımın düşməni varsa, ortalığa çıxarılsın. Çünki Novruz Miryusifi öldürə bilməz. Doğrudur, onun meyitinin üzərində bıçaq zərbələri var. Ancaq Novruzun öz dostunu öldürməsi inandırıcı deyil. Onlar qardaşı kimi olublar. Novruz öz dostunu niyə öldürsün ki? Burada başqa adamın əli var. Miryusifin həmin gün evimizə gəlişi münasibətilə qoyun kəsilib", - deyə xanəndənin qardaşı söyləyib.
O, evlərindən qan ləkəsinin tapılması haqda xəbərlərin doğru olduğunu deyib:
"Bayaq dediyim kimi, Miryusifin gəlişi münasibəti ilə qoyun, toyuq kəsilib. Bəlkə elə qoyunun, toyuğun qanını götürüblər? Mən nə deyə bilərəm ki? İstintaq araşdıracaq ki, bu nə qandır. Maşının içində də qan izinin olduğunu deyirlər. Maşını hələ görməmişəm. İstintaq araşdırma aparır. Yəqin ki, yaxın vaxtlarda cinayətin əsl mahiyyəti üzə çıxacaq”.
A.Hüseynov daha sonra hadisənin olduğu axşam nələrin baş verdiyindən söz açıb:
"Həmin gün gecə saat 1-də evə gəliblər. Dostları ilə birlikdə olublar. Səhər saat 5-də Novruz anama deyib ki, "Miryusifin ürəyi bulanır. Aptekə dəyib qayıdırıq".
Ondan sonra isə xəbər çıxmayıb. Qardaşımın maşın aldığından xəbərim yox idi. Mən Ağdamın Quzanlı kəndində yaşayıram. Qardaşım isə Ağcabədinin Hacıbədəlli kəndində olur. Qəza xəbərini kənd icra nümayəndəsinin müavini Vidadi müəllim mənə zəng edib dedi. Ona Novruzun maşınının olmadığını bildirdim. Dedi ki, maşında vəsiqəsi tapılıb. Novruzla bir yerdə qalan qardaşım Sevindiyə zəng edib soruşdum. Bildirdi ki, Novruz maşını hadisədən bir gün qabaq alıb".
O, xanəndələrin ölümü ilə nəticələnən hadisədə müəmmalı vəziyyətin olduğunu qeyd edib: "Maraqlıdır ki, Novruz Ağcabədinin Hacıbədəlli kəndində yaşayır. O, dərman almaq üçün Ağcabədiyə də gedə bilərdi. Lap tutaq ki, Bərdəyə gedib. Evdən çıxdığı vaxtla Ağcabədiyə qayıtdığı vaxtı götürəndə uyğunsuzluq yaranır. Çünki bu vaxt ərzində o, gedib qayıda bilməzdi. Qəza isə Bərdədən qayıdan istiqamətində baş verib. Ağaclar da bu istiqamətə qırılıb. Görünür, yolun yarısından qayıdıb. Burada qaranlıq, müəmmalı iş var. Qəzanın baş verdiyi ərazi ilə su kanalı arasındakı məsafə təxminən 15 metr olar”.
Qardaşı mərhum xanəndənin son günlər psixoloji probelminin olmasına da aydınlıq gətirib:
"Dostu mətbuata müsahibəsində deyib ki, Novruz son günlər özünü qəribə aparırmış və psixoloji vəziyyəti yaxşı olmayıb. Müsahibə verən dostu kimdirsə, işin içində olan düşmənin biri elə odur. Əks halda belə sözlər danışmazdı. Novruzun dostları ilə oturub durmamışam deyə bilim ki, bu hansı şübhəli şəxsdir. Onun ən yaxın dostu Miryusif olub. Qalanları ilə yoldaşlığı evdən kənarda olub. Evə gətirməzdi. Mən onları tanımıram. Novruz onu öldürmək istəsəydi, niyə gətirib evmizdə öldürürdü ki? Onu öldürsəydi, elə yerdə edərdi ki, heç kim də bilməzdi. Novruz Miryusifi çox istəyirdi. Maşın alanda ona deyib ki, mənim maşınımı istəyirəm ilk sən sürüb evimizə aparasan. Bax, belə münasibətləri olub. Novruzdan çox Miryusifin ölümü mənə təsir edir, çox böyük peşimanlıq oldu. Onun valideyinləri də deyir ki, Novruzun Miryusifi qətlə yetirməsi inandırıcı deyil”.
Qeyd edək ki, ilkin məlumatlara əsasən xanəndə Novruz Hüseynov dostu Miryusif Mirizadəni bıçaqlayaraq qətlə yetirib, daha sonra isə intihar edib.
// Azvizion