Türkiyədən Yunanıstana DƏSTƏK
    • 13-08-2024, 11:11
    • 148

Türkiyədən Yunanıstana DƏSTƏK

Yanğınla mübarizə aparan Yunanıstana Türkiyədən dəstək gəlib.

News24.az xəbər verir ki, Türkiyə tərəfindən göndərilən iki yanğınsöndürmə təyyarəsi və bir helikopter paytaxt Afina Eleftherios Venizelos Beynəlxalq Hava Limanına çatıb.

Xatırladaq ki, paytaxt Afina yaxınlığındakı Varnavada başlayan və güclü külək səbəbiylə Attikanın müxtəlif bölgələrinə yayılan yanğınla əlaqədar Türkiyə Yunanıstana yardım təklif edib.

Diplomatik mənbələrdən verilən məlumata görə, xarici işlər naziri Hakan Fidan Afina rəhbərliyinə Türkiyənin mehriban qonşuluq münasibətləri çərçivəsində Yunanıstana kömək etməyə hazır olduğu mesajını verib.

Yunan tərəfi də təklifi dəyərləndirəcəklərini və lazım gələrsə Türkiyədən dəstək istəyəcəklərini bildirib.

Məryəm İlhamqızı