Acun Ilıcalı 4-cü dəfə evlənməyə hazırlaşır
    • 13-08-2024, 12:17
    • 175

Acun Ilıcalı 4-cü dəfə evlənməyə hazırlaşır

55 yaşlı Acun Ilıcalı sevgilisi Ayça Çağla Altunkaya ilə qısa müddətdə evlənməyə hazırlaşır.

News24.az Hürriyətə istinadla xəbər verir ki, 4-cü dəfə evlənməyə hazırlaşan Ilıcalının toy üçün Muğlada bir otel bağladığı iddia edilib. Otelin bütün otaqlarını tutan Ilıcalı qonaqlarını ən yaxşı şəkildə qəbul etmək üçün hazırlıqlara başlayıb. Otellə danışıqlarda olduğu öyrənilən Acun Ilıcalı artıq hər şeyin mükəmməl olması üçün göstərişlər verib.

Qeyd edək ki, Acun Ilıcalı ilk evliliyini Seda Başbuğla edib və Banu Ilıcalı adlı qızı olub. Ilıcalının ikinci evliliyi Zeynep Yılmazla olub, Leyla və Yasemin dünyaya gəlib. Sonuncu dəfə isə 2017-ci ildə Şeyma Subaşı ilə evlənib. Cütlüyün Melisa adlı bir qızı var.

Məryəm İlhamqızı