Ən yaxşı futbolçu namizədləri bəlli oldu
    • 13-08-2024, 21:27
    • 304

Ən yaxşı futbolçu namizədləri bəlli oldu

İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

News24.az "Report"-a istinadən xəbər verir ki, siyahıda altı futbolçu yer alıb.

Bunlar Erlinq Holann, Rodri, Fil Foden (hər üçün "Mançester Siti"), Martin Edeqor "Arsenal", Koul Palmer ("Çelsi") və Olli Uotkinsdir ("Aston Villa").

Qalib qurumun üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və avqustun 20-də açıqlanacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Erlinq Holann mükafata sahib çıxıb.