-
- 13-08-2024, 15:35
- 195
Aİ-dən Ukraynaya 4,2 milyard avro dəstək
Aİ Komissiyası Ukraynaya 2027-ci ilə qədər veriləcək 50 milyard avroluq maliyyə dəstəyi paketi çərçivəsində ilk müntəzəm ödənişin bu gün edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, açıqlamada Ukraynaya 4,2 milyard avronun göndərildiyi və AB maliyyə yardımı fondu çərçivəsində indiyədək Ukrayna hökumətinə ümumilikdə 12 milyard avro maliyyə yardımının edildiyi qeyd edilib.
Ukraynanın fonddan faydalanmaq üçün maliyyə idarəçiliyi, dövlət müəssisələri, biznes mühiti və enerji kimi sahələrdə kriteriyalara cavab verdiyini xatırladan bəyanatda Aİ tərəfindən yaradılan Ukrayna Fondunun 2024-2027-ci illər üçün ölkəni qrant və kreditlərdən ibarət 50 milyard avroluq maliyyə ilə təmin edəcəyi bildirilib.
Məryəm İlhamqızı