ABŞ səfiri: Türkiyə İranı razı salmalıdır
    • 13-08-2024, 15:22
    • 141

ABŞ səfiri: Türkiyə İranı razı salmalıdır

İran-Livan-İsrail xəttində gərginlik günü-gündən artarkən ABŞ vasitəçilik üçün Türkiyəyə işarə edib.

News24.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri Ceff Flake İstanbulda keçirdiyi mətbuat konfransında açıqlama verib.

Flake deyib: "İranla əlaqələri olan bütün müttəfiqlərimizdən İranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik və Türkiyə də bu ölkələr arasındadır".

Eyni zamanda, Türkiyə rəsmilərinin gərginliyin artmasının qarşısını almaq üçün əllərindən gələni etdiklərini bildirən Flake açıqlamasında Türkiyənin ABŞ və Rusiya arasında Ankarada keçirilən ən genişmiqyaslı məhbus mübadiləsində mühüm rol oynadığını da xatırladıb.

Günel Məlikzadə