Uşağını havaya qaldıraraq yerə atan ata SƏRBƏST BURAXILDI
    • 13-08-2024, 16:04
    • 363

Uşağını havaya qaldıraraq yerə atan ata SƏRBƏST BURAXILDI

Türkiyədə ötən cümə günü axşam saatlarında şadlıq sarayların birində qan donduran hadisə baş verib.

News24.az xəbər verir ki, əldə edilən məlumata görə, toya gələnlər arasında olan 8 yaşlı M.H.D. qohumlarını tərk edərək zala daxil olub. Uşağı izləyən başqa uşaq da onun arxasınca qaçıb. 

Bu vaxt atası R.D. və anası sarayın qapısına gəlib. Atası özü ilə gətirdiyi balaca uşağı qəfildən havaya qaldıraraq yerə yıxarkən həmin anlar saniyə-saniyə təhlükəsizlik kamerasında əks olunub. 

Görüntülərdən sonra hərəkətə keçən polis qrupları 8 yaşlı oğlu M.H.D-ni havaya qaldıraraq yerə atan 36 yaşlı R.D.-ni saxlayıb. İfadəsində bir anlıq qəzəb içində olduğunu bildirən ata R.D., polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilib.

R.D məhkəməyə aparılıb və məhkəmə nəzarəti qərarı və səfər qadağası ilə sərbəst buraxılıb.

Məryəm İlhamqızı