-
- 13-08-2024, 16:23
- 356
Kabab yeyərkən qarnına şiş girdi
Türkiyədə kabab yeyən zaman qadının qarnına şiş girib.
News24.az xəbər verir ki, adı məlum olmayan qadın ailəsi ilə birlikdə piknikə çıxıb və kabab yeyərkən qarnına şiş girib. Ağrıdan qıvrılan qadına təcili yardım çağırılıb.
Hadisə yerinə gələn tibb qrupları qarnına ilişmiş şişlə qadına tibbi yardım göstərib. Ağrıdan qıvrılan qadın ilk müdaxilədən sonra Osmaniye Dövlət Xəstəxanasına aparılıb.
Günel Məlikzadə