-
- 13-08-2024, 16:35
- 335
UEFA-dan Atilla Karaoğlana vəzifə
FİFA lisenziyalı türkiyəli hakim Atilla Karaoğlan UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin sabah Qazaxıstanın Astana və Rumıniyanın Korvinul komandaları arasında keçiriləcək revanş oyununu idarə edəcək.
News24.az xəbər verir ki, bu baradə Türkiyə Futbol Federasiyası məlumat verib.
Qazaxıstanın Almatı şəhərindəki Almatı Ortalıq stadionunda saat 17.00-da başlayacaq qarşılaşmada Atilla Karaoğlanın köməkçiləri Ceyhun Sesigüzel və Abdullah Bora Özkara olacaq.
Qeyd edək ki, matçın dördüncü hakimi Çağdaş Altay, VAR funksiyasını Erkan Engin, AVAR funksiyasını isə Onur Özütoprak yerinə yetirəcək.
Günel Məlikzadə