Yunanıstan TƏŞƏKKÜR ETDİ
    • 13-08-2024, 18:00
    • 133

Yunanıstan TƏŞƏKKÜR ETDİ

Yunanıstan Xarici İşlər Nazirliyinin sosial media hesabında edilən paylaşımda “Türkiyə, Fransa, Moldova, Rumıniya, Malta, İtaliya, Serbiya, Kipr (Yunan hissəsi), Polşa, Çexiya və Avropa İttifaqı (Aİ) Yunanıstana yanğınlarla mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edirik", - deyilib. 

News24.az xəbər verir ki, Yunanıstanda avqustun 11-də paytaxt Afina yaxınlığındakı Varnava bölgəsində başlayan və külək səbəbindən sürətlə yayılan yanğın ən azı bir nəfərin ölümünə səbəb olub.

İlin ən böyük yanğını sayılan yanğında 3 xəstəxana, 2 monastır və bir çox yaşayış məntəqəsinin boşaldıldığı, indiyədək 100 min dekardan çox ərazinin yandığı bildirilib.

Məryəm İlhamqızı