Duz gölündə quraqlıq təhlükəsi
    • 13-08-2024, 16:58
    • 169

Duz gölündə quraqlıq təhlükəsi

Türkiyənin ikinci böyük gölü və flaminqo cənnəti olan Duz gölü hazırda quraqlıqla mübarizə aparır. 

News24.az xəbər verir ki, quraqlıq səbəbindən göl kilometrlərlə çəkilib. 

Göl günü-gündən quruyur, duzu da azalır.

Son 35 ildə 90 faiz quruma yaşanan Duz Gölündə bu il ilk dəfə duz yığımı həyata keçirilə bilməyib. Yarım əsr əvvəl 92 min hektar ərazidə mövcud olan gölün suyu indi 9 min hektara çəkilib.

Quraqlıq digər canlılara da mənfi təsir göstərib. 

Su ehtiyatının azalması səbəbindən gölün kənarında yaşayan yüzlərlə quş növü özlərinə başqa ərazilər axtarır. Bu səbəbdən bölgədəki canlı növləri ildən-ilə azalır.

Məryəm İlhamqızı