"Qarabağ"ın play-off qazancı bəlli oldu - MƏBLƏĞ
    • 14-08-2024, 19:13
    • 189

"Qarabağ"ın play-off qazancı bəlli oldu - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" Bolqarıstanın "Ludoqorets" kollektivini üstələyib və mərhələ adlayıb.

İlk oyunda Bakıda 1:2 hesabı ilə məğlub olan "Qarabağ"ın səfər matçının əsas hissəsi 2:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 4 dəfə rəqib qapısına yol tapan "Qarabağ" 7:2 hesablı fantastik qələbə ilə Çempionlar Liqasının play-off mərhələsinə adını yazdırıb.

UEFA-nın rəsmi saytında yer alan məlumata görə, Çempionlar Liqasının play-off mərhələsində iştirak edən hər bir klub 5 milyon avroya yaxın məbləğ qazanacaq. Qrup mərhələsində iştirak hüququ qazanan klublar isə 15,6 milyon avroya sahib çıxacaq.

Qeyd edək ki, "Qarabağ"ın bu mərhələdə rəqibi "Dinamo Zaqreb" olacaq.//metbuat.az










Ş