Kişiləri təhqir edən məşhur aktrisa məhkəməyə verilir
    • 14-08-2024, 22:12
    • 446

Kişiləri təhqir edən məşhur aktrisa məhkəməyə verilir

Sosial şəbəkədəki səhifəsində tez-tez paylaşımları ilə gündəmə gələn Merve Boluğur bir müddət əvvəl kişilərlə bağlı paylaşımı ilə başına dərd açıb.

News24.az-ın Lent.az-a istinadən xəbərinə görə, Kişilərin Müdafiəsi Dərnəyi, "Kişilərin 99 faizi şərəfsizdir" deyən Boluğuru məhkəməyə verəcəyini açıqlayıb.

Müğənni Murat Dalkılıcla cəmi 53 gün evli olan aktrisanın boşanması uzun müddət maqazin gündəmində qalıb. Merve Boluğur ötən aylarda yeni münasibətə başlayıb. Ancaq bu münasibətdə gözlədiyini tapa bilməyən və ayrılan aktrisa kişilərlə bağlı təəccüblü açıqlamalar verib.