-
- 14-08-2024, 22:53
- 428
Kişilər sizdən buna görə SOYUYURLAR - Qadınların NƏZƏRİNƏ!
Son zamanlar cütlüklər arasında münasibətlərin korlanmasının bir sıra səbəbləri var. Cəmiyyətdə münasibətin uğursuzluğuna görə əsasən kişilər günahlandırılır. Lakin bəzən qadınlar da etdikləri bir sıra davranışlarla münasibəti məhvə sürükləyirlər.
Bəs həmin davranışlar hansılardır?
News24.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, kişiləri gözümçıxdıya salmaq onları münasibətdən soyudan əsas davranışlardandır:
“Onlar münasibətdə olan zaman da sərbəst və azad olmaq istəyirlər. Amma bir çox qadının etdiyi ən böyük səhv kişilərin azadlığını məhdudlaşdırmaqdır. Azadlığı məhdudlaşan kişi müəyyən bir vaxtdan sonra həmin qadından soyumağa və uzaqlaşmağa başlayır. Bir sıra qadınlar da var ki, heçnə ilə qane olmurlar. Onların üzünü güldürmək çox çətindir. Daima şikayətlənirlər. Bu isə kişinin qadından uzaqlaşmasına səbəb olan davranışlardan biridir. Qadını xoşbəxt edə bilmədiyini düşünən kişi ondan ayrılmağa qərar verir”.
Psixoloq qeyd edib ki, kişilərin etdiyi kiçik jestləri də qiymətləndirmək lazımdır:
“Bəzi qadınlar kişinin etdiklərini “onun vəzifəsidir” deyərək qiymətləndirir. Bu qadınların düşüncəsinə görə, gəzməyə aparmaq, paltar almaq kişinin borcudur. Buna görə ona təşəkkür etmək lazım deyil, amma bu, yanlış düşüncədir. Hər bir kişi partnyorundan xoş sözlər eşitmək istəyir.
Digər ən böyük yanlışlardan biri kişini digər kişilərlə müqayisə etməkdir. Bu, kişilərin qürurunu sındırır və onun qadından soyumasına səbəb olur. “Onun əri ona müxtəlif hədiyyələr alır, amma sən mənə heçnə almırsan” tipli cümlələr kişilərdə qıcıq yaradır. Buna görə də, bu cür müqayisə tipli cümlələrdən qaçmaq lazımdır”.