İt sahibinin ayaqlarını yaladı, sahibi ayaqsız qaldı - FOTOLAR
    • 3-08-2018, 17:09
    • 2 030

İt sahibinin ayaqlarını yaladı, sahibi ayaqsız qaldı - FOTOLAR

İlk dəfə eşidəcəyiniz bu xəbər sözün həqiqi mənasıda insanları diqqətli və ehtiyatlı olmağa səsləyir.
 
News24.az xəbər verir ki, Amerika vətəndaşı evində saxladığı itin ayaqlarını yaladıqdan sonra qanına keçən xəstəliyə görə xəstəxanaya yerləşdirilib. İti sadəcə sahibinin ayaqlarını yalayıb. Hər şey də elə bundan sonra baş verib. 


Greg Manteufulun həyat yoldaşının dediyinə görə, “Yoldaşım velosipetə minməyə gedirdi. Mən onu kənardan izlədikdə it onun ayaqlarından yapışırdı. Elə bil onu dişləmək istəyirdi. Birdən yoldaşımın vəziyyətinin dəyişdiyini hiss etdim. Ayaqları qapqara qaralmışdı. Sanki onu beyzbol sapıyla döymüsən kimi görünürdü. Tez Təcili tibbi yardım məntəqəsinə xəbər verdim”. – deyə bildirib.  


Təcili yardım gəldiyində isə, Greg Manteuful həkimlərə bu sözü deyib: “Ehtiyacınız olan hər şeyi verərəm, mən yaşamaq istəyirəm, məni yaşadın”. 


Həkimlər belə bir xəstəliyin ilk dəfə şahidi olduqlarını bildiriblər. Bir infeksiyanın bu qədər tez keçməsi inandırıcı gəlməyib. Həkimlərin araşdırmasına görə, Greg Manteuful, “Kapnocytophaga” adlı bakteriyaya yoluxub. 
Mütəxəsis həkim Dr.Silvia Munoz-Price xəstəlik haqqında bunları qeyd edib: “Bu tip bakteriyalar itlərin tüpürcəklərində olur. İnfeksiya Gregin qan damarlarına düşməklə ayaqlarındakı qan dövranının sürətlə azalmasına səbəb olub. Bəzən qan dövranı o qədər azalır ki, ayaqları və qollar hərəkətini itirir. İnfeksiya ölümcül olduğu üçün Gregin ayaqlarını kəsmək məcburiyyətində qaldıq”.


Elvin Nüsrətoğlu