Türkiyədə terror əməliyyatı keçirildi
    • 14-08-2024, 17:16
    • 319

Türkiyədə terror əməliyyatı keçirildi

Türkiyə - İzmirdə terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 2-si xarici ölkə vətəndaşı olan 15 şübhəli saxlanılıb.

News24.az xəbər verir ki, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində PKK/YPG terror təşkilatı tərkibində fəaliyyət göstərdiyinə dair kəşfiyyat məlumatı olan ümumilikdə 15 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı onlara məxsus 2 tapança, 2 tüfəng və 32 patron, həmçinin çoxlu rəqəmsal materiallar, təşkilati sənədlər və fotoşəkillər götürülüb.

Günel Məlikzadə