-
- 15-08-2024, 09:14
- 176
Qəzzada atəşkəs üçün kritik gün: Müharibə bitəcəkmi?
ABŞ, Misir və Qətər Dohada keçirilən atəşkəs danışıqlarında vasitəçilik rolunu öz üzərinə götürüb. Bununla belə, müharibənin tərəflərindən olan Həmas masada deyil.
News24.az xəbər verir ki, HƏMAS-ın masaya gəlməsinin şərti ABŞ prezidenti Co Baydenin təqdim etdiyi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən atəşkəs razılaşması üzrə danışıqları davam etdirmək idi.
HƏMAS-ın yüksək səviyyəli rəsmisi İsraili Qəzzada müharibəni uzatmaq üçün atəşkəs danışıqlarından istifadə etməkdə ittiham edib.
Qeyd edək ki, İsrailin baş nazirliyi danışıqlarda iştirak edəcəyini açıqlayıb.
Bildirilib ki, Vaşinqton administrasiyasını toplantıda Amerika Kəşfiyyat Xidmətinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Yaxın Şərq nümayəndəsi Brett Makqurk təmsil edəcək.
Eyni zamanda, Amerika administrasiyasının gözləntisi Qəzzada mümkün atəşkəsin İranın İsrailə qarşı hərbi qisasının qarşısını alacağıdır.
Günel Məlikzadə