-
- 15-08-2024, 09:32
- 207
Mahmud Abbas Ərdoğanla görüşüb
Fələstin prezidenti Mahmud Abbası və onu müşayiət edən heyəti Ankaraya gətirən təyyarə saat 19.20-də Esenboğa hava limanına enib.
News24.az xəbər verir ki, Abbası hava limanında Türkiyə xarici işlər naziri Hakan Fidan, Fələstinin Ankaradakı səfiri Faed Mustafa və bir çox rəsmi şəxslər qarşılayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış etmək üçün Türkiyəyə gələn Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
Qeyd edək ki, Abbas səfərinin ikinci günündə Türkiyə Böyük Millət Məclisində olacaq. O, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun sədrliyi ilə keçiriləcək Baş Assambleyanın fəxri qonağı kimi millət vəkillərinə müraciət edəcək.
Abbasın saat 15.00-da çıxışı anında türk, ingilis və fransız dillərinə çevriləcək.
Bildirək ki, görüşdə İsrailin Fələstin torpaqlarında törətdiyi qətliamlar, daimi atəşkəs və sülh üçün atılacaq addımlar və cari hadisələr müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyənin Fələstinin haqlı davasını dəstəkləməyə davam edəcəyini, İsrailin qarşısını almaq və beynəlxalq ictimaiyyətin İsrailə təzyiqlərini artırmaq üçün çalışmalarını davam etdirəcəyini bildirib.
Günel Məlikzadə