Belqorod vilayətində Ukraynaya məxsus PUA MƏHV EDİLDİ
    • 15-08-2024, 09:42
    • 217

Belqorod vilayətində Ukraynaya məxsus PUA MƏHV EDİLDİ

Hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edib ki, hava hücumundan müdafiə sistemləri təyyarə tipli dronu vurub. 

"Beləliklə, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisindəki hədəflərə terror aktı törətmək cəhdini dayandırıblar", - məlumatda deyilib.

Məryəm İlhamqızı