Rusiyadan Afrika ölkələrinə KÖMƏK
    • 15-08-2024, 10:05
    • 243

Rusiyadan Afrika ölkələrinə KÖMƏK

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti əvvəllər meymun çiçəyi kimi tanınan mpox xəstəliyindən təsirlənən Afrika ölkələri üçün yardımın göstərilməsi və mütəxəssislərin hazırlanması ilə bağlı təkliflər hazırlayıb.

News24.az xəbər verir ki, agentlik açıqlamasında belə deyib:

"Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti epidemiyadan zərər çəkmiş Afrika ölkələri və Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri üçün elmi-texniki yardımın göstərilməsi, o cümlədən mütəxəssislərin hazırlanması ilə bağlı təkliflər hazırlayıb".

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus mpox-u beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Məryəm İlhamqızı