-
- 15-08-2024, 21:53
- 389
Batşuayi İspaniya mətbuatının gündəmində: Xəyanət
“Sport” qəzeti Batşuayinin “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray”da oynamasından xəbər verib.
Batşuayi "Qalatasaray"la ilk rəsmi matçında qol vuraraq, Dortmunddan sonra ikinci dəfə buna nail olub.
News24.az xəbər verir ki, Batşuayi İstanbulun hər üç komandasında çıxış edən ilk əcnəbi futbolçu olub.
30 yaşlı belçikalı futbolçunun "Fənərbaxça" forması ilə 24 qol vurduğunu, lakin Mourinyonun rəhbərlik etdiyi oyunçu ilə komandanın müqaviləsi bitdikdən sonra Qalatasaray üçün imza atdığını ifadə edən "Sport", oyunçunun pulsuz getdiyini vurğulayıb.
Karyerasında Standard Liege, Marsel, Chelsea, Dortmund, Valencia, Crystal Palace kimi komandalarda çıxış edən Batşuayinin İstanbul macərasının “Beşiktaş”la başladığı, daha sonra "Fənərbaxça"ya, indi isə "Qalatasaray"a gələrək futbolçunun keçmiş komandalarına “xəyanət etdiyi” və vecinə olmadığı xəbərlərdə vurğulanıb.
Məryəm İlhamqızı