-
- 4-06-2019, 11:27
- 994
Sualtı mədəni irsin mühafizəsi üzrə beynəlxalq konfrans keçirilib - FOTO
Mayın 21-23-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsi altında Xəzər regionunun sualtı mədəni irsinin mühafizəsinə dair 1-ci Regional İşçi görüşü keçirilib.
News24.az xəbər verir ki, sualtı mədəni irsinin talançılıqdan mühafizəsinə dair 2001-ci il Paris Konvensiyası çərçivəsində UNESCO Almatı ofisi tərəfindən təşkil olunan tədbirdə Xəzər regionu ölkələri həm öz ərazilərində, həm də bütövlüklə regionda sualtı mədəni irsin mühafizəsinə və potensialına, perspektiv imkan və vasitələrinə dair müzakirələr aparılıb.
Görüşdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan milli sualtı arxeologiya ekspertləri və mədəni miras mütəxəssisləri, rəsmi şəxslər, beynəlxalq ekspertlər, UNESCO nümayəndələri iştirak ediblər.
Beynəlxalq tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq İdris Əliyev, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov təmsil ediblər.
Azərbaycan nümayəndə heyəti beynəlxalq müşavirədə Xəzər dənizinin Azərbaycan sərhədləri çərçivəsinə aid hissəsində su altında qalmış abidələr (Bakı buxtasındakı qala qalıqları, Bəndovan I-III, Səngi Muğan orta əsr yaşayış məskənləri, ticarət və hərbi gəmi qalıqları və s.), onların tədqiqinin tarixi və müasir durumu barədə elektron-vizual görüntülərlə müşayət olunan elmi məruzə ilə çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinin elmi məruzəsi beynəlxalq tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində aparılmış fikir mübadiləsi zamanı regionun sualtı arxeologiyası və sualtı abidələrin mühafizəsi üzrə əməkdaşlıq strategiyasının tərtibi məsələlərinə toxunulub.