Etna dağı yenidən kül və lava püskürdü
    • 15-08-2024, 17:55
    • 308

Etna dağı yenidən kül və lava püskürdü

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb.

News24.az xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə, vulkan dünən axşam saatlarında kül və lava püskürtməyə başlayıb və gecə yarısı bu fəaliyyətini dayandırıb.

Burada vulkanın son dövrlərdə fəallaşan kraterlərindən biri olan Voragin, püskürən kül və lava axını müşahidə olunub. Vulkanın püskürdüyü kül təxminən 9,5 kilometr hündürlüyə çatıb.

Yerli mətbuatda yer alan xəbərlərdə Etnanın səpdiyi küllərin vulkanın ətəklərindəki yaşayış məntəqələrinə düşdüyü, bəzi yaşayış məntəqələrində kül təmizləmə işlərinin davam etdiyi bildirilib.

Günel Məlikzadə