-
- 16-08-2024, 15:32
- 212
"Aİ İsrail siyasətçilərinə qarşı sanksiyalar hazırlayır"
Avropa İttifaqı İsrail mühacirlərinin İordan çayının qərb sahilindəki Cit kəndində fələstinlilərə hücumundan sonra İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaları nəzərdən keçirəcək.
News24.az xəbər verir ki, Aİ-nin diplomatik nümayəndəsi Josep Borrell sosial şəbəkədə belə yazıb:
“Mən aqressiv məskunlaşanların, o cümlədən İsrail hökumətinin üzvlərinin hərəkətlərini dəstəkləyənlərə qarşı sanksiyalar təklif etmək niyyətimi təsdiq edirəm”.
Rəsmi qeyd edib ki, İsrailin hücumu “fələstinli mülki əhalini qorxutmaq” məqsədi daşıyır.
Məryəm İlhamqızı