Söndürülməmiş siqaret kötüyü faciəyə səbəb oldu
    • 17-08-2024, 16:37
    • 214

Söndürülməmiş siqaret kötüyü faciəyə səbəb oldu

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, rayon sakini Yakolyev Yuriy Fyodoroviç evdə tüstüdən boğularaq vəfat edib.

Belə ki, o, evdə tək olarkən söndürülməmiş siqaret kötüyü otağın kiçik hissəsində tüstülənməyə səbəb olub. Nəticədə Y.Yakolyev tüstüdən boğularaq ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.