Bakıda küçədə 19 yaşlı oğlanı ölümcül hala saldılar
    • 4-06-2019, 14:06
    • 1 288

Bakıda küçədə 19 yaşlı oğlanı ölümcül hala saldılar

Bakıda kütləvi dava zamanı gənc oğlanı bıçaqlayan şəxs barəsində açılan cinayət işinin materialları məhkəməyə göndərilib.

News24.az-ın 
məlumatına görə, Binəqədi rayonunda 19 yaşlı Azad Xudiyevi bıçaqlayan Ülvi Səfərli barəsində Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığıa ağır zərərvurma maddəsi ilə açılılan işin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim İradə Həsənzadənin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.