Sərnişin təyyarəsi hava limanında alovlandı
    • 3-08-2018, 18:18
    • 945

Sərnişin təyyarəsi hava limanında alovlandı

Finlandiyanın paytaxtı Helsinkinin hava limanında uçuşa hazırlaşan sərnişin təyyarəsi alovlanıb.

Çex Hava Yollarına məxsus təyyarənin  texniki nasazlıq  səbəbi ilə yandığı biildirilir.

News24.az-ın məlumatına görə, xəsarət alan yoxdur.

 Təyyarənin söndürülməsi və alovun ətrafa yayılmaması üçün 14 yanğınsöndürən briqada cəlb olunub.