Təl-Əvivdə "terror hücumu": Məsuliyyəti HƏMAS öz üzərinə götürdü
    • 19-08-2024, 14:14
    • 122

Təl-Əvivdə "terror hücumu": Məsuliyyəti HƏMAS öz üzərinə götürdü

Ötən gecə Tel-Əvivdə törədilən bombalı hücum nəticəsində bir nəfər ölüb.

News24.az NTV-yə istinadən xəbər verir ki, İsrail polisi hücumda bir nəfərin də yaralandığını açıqlayıb.

Təl-Əviv Regional Polis Komandiri Peretz Amar hadisə ilə bağlı verdiyi açıqlamada, "Parçalanmış cəsədin günahsız birinə aid olmadığını, bunun bombanı daşıyan şəxsə aid olduğunu bilirik" dedi.

"Bunun (motiv) cinayət və ya millətçi olduğunu söyləmək çətindir, çünki hazırda şəxsin kimliyini müəyyən etmək çətindir", - Amar əlavə edib.

Dünən gecə saatlarında polis hadisə yerində dağıntıları təmizləməyə çalışarkən, məhkəmə-tibb ekspertizası da dağıntıları yoxlayıb.

Qeyd edək ki, İsrail polisi bu gün verdiyi açıqlamada hadisənin "terror hücumu" olduğunu bildirib.

HƏMAS-ın silahlı qanadı İzzəddin Əl Qəssam Briqadaları bu gün verdiyi açıqlama ilə Təl-Əviv hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Qəssam Briqadaları “əməliyyatın İslami Cihad hərəkatının silahlı qanadı olan Əl Qüds Briqadaları ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini” açıqlayıb.

Günel Məlikzadə